ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər.
Ordu.az-ın məlumatına görə, bu barədə Tramp jurnalistlərə bildirib.
"Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox", - o qeyd edib.
Tramp vəziyyətin yaxın zamanda daha aydın olacağını vurğulayıb: "Növbəti həftə çox vacib olacaq".
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
İran