İsrail ordusu Tehrana zərbələr endirir - YENİLƏNİB

2025/06/6852a-1750250481.jpg
Oxunub: 800     17:44     18 İyun 2025    
İsrail Hərbi Hava Qüvvələri Tehranda Qızıl Aypara Cəmiyyətinin binasına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə görüntülər İran mediasında paylaşılıb.

***

İsrail ordusu hazırda Tehran ərazisində hərbi obyektlərə zərbələr endirir.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"Hazırda Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hərbi obyektlərinə zərbələr endirir", - məlumatda qeyd edilib.

***

İran paytaxtının bəzi şərq ərazilərində partlayış səsləri eşidilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “NourNews” agentliyi xəbər verib.

Agentlik ehtimal olunan hadisə yerində qalxan tüstünün fotosunu dərc edib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib, zərbələrin bir sıra obyektlərdən yan keçmədiyini etiraf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Partlayış  


Bizi "telegram"da izləyin