"Hanwha" və "Northrop Grumman" HHM sistemləri üçün strateji tərəfdaşlıq qurur

2025/06/1750153608.jpg
Oxunub: 390     16:20     17 İyun 2025    
Cənubi Koreyanın aparıcı müdafiə sənayesi şirkəti "Hanwha Aerospace" qabaqcıl hava hücumundan müdafiə həllərinin inteqrasiyası üçün ABŞ-nin müdafiə və aerokosmik şirkəti "Northrop Grumman" ilə strateji əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, saziş radar sistemlərindən tutmuş radioelektron mübarizə texnologiyalarına qədər geniş spektrli əməkdaşlığı əhatə edir.

2025-ci il fevralın 20-də Florida ştatındakı "Northrop Grumman" obyektlərində imzalanan müqavilə xüsusilə Cənubi Koreyanın Hava Əsaslı Mina Aşkarlama Sistemi (ALMDS) proqramı çərçivəsində qarşılıqlı istehsal, texnologiya mübadiləsi və sistem inteqrasiyası fəaliyyətlərini əhatə edir.

"Hanwha" "Northrop Grumman"ın ALMDS sistemində istifadə olunan bəzi əsas komponentləri təmin edəcək.

Bu addım Cənubi Koreyanın müdafiə sənayesində qlobal tərəfdaşlıqlar qurmaqla, texnoloji müstəqilliyini artırmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

"Northrop Grumman" Asiya-Sakit okean regionunda mövcudluğunu dərinləşdirməyi və regional təhlükəsizlik əməkdaşlığına yeni ölçü əlavə etməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hanwha   Northrop-Grumman   HHM  


Bizi "telegram"da izləyin