Ordu.az xəbər verir ki, bu barədə "UK Defence Journal" məlumat yayıb.
2025-ci il iyunun 13-də dərc edilən bazara qədərki elanda Nazirlik lazer yönləndirməli enerji silahlarının (LDEW) yetkinlik səviyyəsini və əməliyyat uyğunluğunu qiymətləndirməyi hədəflədiyini açıqlayıb.
Müdafiə Təchizatı və Dəstək Agentliyi tərəfindən həyata keçirilən proqram çərçivəsində ən azı 1 kilometr məsafədə kiçik PUA-ları məhv edə bilən lazer sistemlərinin quru platformalarına inteqrasiya olunmuş şəkildə çatdırılması tələb olunur.
Nazirlik ideal olaraq bu tədarüklərin 12 ay ərzində həyata keçirilməli olduğunu və sistemin 50%-dən çoxunun Britaniya mənşəli olmasının lazım olduğunu bildirib.
Nazirliyin açıqlamasına görə, hər biri lazer modulu, güc, soyutma və sensor sistemlərindən ibarət olacaq bu yeni nəsil silahlar üçün ümumilikdə 20 milyon funt-sterlinq büdcə ayrılıb.
Sevinc Əliyeva
Ordu.az