Ordu.az xəbər verir ki, tədbirdə "Patria", "Lockheed Martin" və Finlandiya Müdafiə Qüvvələrinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
2025-ci ilin payızında tamamlanması planlaşdırılan obyekt "F-35 Lightning II" üçün irimiqyaslı ön gövdə montajını həyata keçirəcək.
Layihə Finlandiyanın F-35 döyüş təyyarələrinin satın alınması ilə əlaqəli sənaye əməkdaşlığı sazişinin bir hissəsi kimi qiymətləndirilir.
İstehsal xətti tam istifadəyə verildikdə, təxminən 150 işçinin işləyəcəyi gözlənilir. İstehsalın 2026-cı ilin yazında başlaması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az