Tramp: "İran nüvə sazişi şansından istifadə etmədi"

2025/05/1748152954.jpg
Oxunub: 318     14:10     13 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişi imzalamaq şansından istifadə etmədi.

Ordu.az xəbər verir ki, o, bu barədə “Truth Social” şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, İranın sərt xarici siyasi kursunun tərəfdarları bu məsələdə uzaqgörən olmayıblar. Razılaşmadan imtina etmənin İran üçün nəticələri onun istənilən gözləntisindən daha da pis olacaq: "Birləşmiş Ştatlar dünyanın ən yaxşı və ölümcül hərbi texnikasını istehsal edir. İsrail artıq böyük həcmdə ABŞ silahlarına malikdir və daha da çox silah alacaq".

ABŞ Prezidenti vurğulayıb ki, nə qədər münaqişə yeni mərhələyə keçməyib, İran nüvə sazişi bağlamalıdır: "Ölüm və dağıntılar dayandırılmalıdır, nə qədər gec deyil, bunu edin".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin