Pakistan XİN başçısı: "İsrailin İrana hücumu regional sabitliyi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə zəiflədir"

2024/05/1717057441.jpg
Oxunub: 279     10:11     13 İyun 2025    
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İsrailin İrana qarşı hücumunu pisləyərək bunun regional sabitliyi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə zəiflətdiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Nazir vurğulayıb ki, bu addım İranın suverenliyinin açıq şəkildə pozulmasıdır:

“Bu hərəkət beynəlxalq hüququn əsaslarını, eləcə də bəşəriyyətin vicdanını sarsıdıb, həmçinin regional sabitliyi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə zəiflədir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İsrail   İran  


Bizi "telegram"da izləyin