ABŞ maliyyə naziri İranın kölgə donanmasına qarşı sanksiya sərəncamı imzalayıb

2025/03/1741503808.jpg
Oxunub: 365     20:52     12 İyun 2025    
ABŞ-nin maliyyə naziri Skott Bessent İranın, belə desək, kölgə donanmasına təsir edəcək sanksiyalarla bağlı iki sərəncam imzaladığını açıqlayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurum rəhbəri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

“Bu səhər İrana qarşı sanksiyalarla bağlı daha iki sərəncam imzaladım. Biz maksimum təzyiq göstəririk (İrana qarşı – red.). Biz onların kölgə donanmasının izinə düşməyə çalışırıq”, - o deyib.

Xatırladaq ki, ötən həftə ABŞ həmçinin İranın xeyrinə pulların yuyulması ilə bağlı 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin