Britaniya Hindistanda aviaqəza yerinə müstəntiqlər göndərəcək

2025/06/1749729780.jpg
Oxunub: 382     20:01     12 İyun 2025    
Böyük Britaniya hökuməti “Air India” təyyarəsinin qəzaya uğradığı Hindistanın Əhmədabad şəhərinə dörd nəfərdən ibarət müstəntiq qrupu göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin xüsusi müşavirinə istinadən “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, müstəntiqlər hadisə yerinə iyunun 13-də günorta saatlarında çatacaqlar.

Xatırladaq ki, bu gün “Boeing” təyyarəsi havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl pilotlar qəza siqnalı göndərə biliblər.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və göyərtə bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Hindistan  


Bizi "telegram"da izləyin