Ordu.az xəbər verir ki, İraqın müdafiə naziri Sabit Abbasi özünün “X” sosial media hesabında etdiyi paylaşımda silahlı qüvvələrinin potensialının inkişaf etdirilməsi məqsədi ilə Fransa istehsalı olan “Caracal” tipli çoxməqsədli helikopterlərin ilk partiyasını təhvil aldıqlarını açıqlayıb.
“Ordumuzu müasir sistemlərlə təchiz etməklə, milli müdafiə ehtiyaclarına uyğun olaraq dəstəkləməyə davam edirik”, - deyə nazir qeyd edib.
Təhvil alınan helikopterlərin İraq ordusunun taktiki daşıma, dəstək və xilasetmə bölgələrindəki imkanlarını artıracağı gözlənilir.
İraqın müdafiə naziri mayın 1-də verdiyi açıqlamada Fransa ilə 12 ədəd “Carakal” tipli helikopter və GM 200 tipli hava hücumundan müdafiə radarlarının alınması ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Sözügedən helikopterlərin digər hissəsinin nə vaxt təhvil veriləcəyi hələlik məlum deyil.
Sevinc Əliyeva
Ordu.az