Ordu.az xəbər verir ki, Fransa parlamentinin deputatları, hakim “Renaissance” partiyasının üzvü Tomas Qassilloud və ifrat solçu “Boyun Əyməyən Fransa” partiyasının üzvü Damien Girard tərəfindən hazırlanan məlumat hesabatında layihənin təxirə salınması ehtimalına qapı açılıb.
PANG layihəsi 2024-2030-cu illəri əhatə edən Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində Fransanın gələcək dəniz hava gücünün əsas elementlərindən biri kimi təsdiq edilib.
Təxminən 10 milyard avroluq böyük büdcəsi olan layihə 2038-ci ildə istismardan çıxarılacaq “Charles de Gaulle” aviadaşıyıcı gəmisini əvəz edəcək. Yeni gəmi “Rafale Marine” döyüş təyyarələrini, onların davamçılarını və pilotsuz uçuş aparatlarını daşıya biləcək.
Bununla belə, hesabatda artan və təcili ehtiyaclara diqqət çəkilir: sursat ehtiyatları, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat qabiliyyəti, insansız sistemlər, minalarla mübarizə və texniki xidmət fəaliyyətləri.
Deputat Qassillud bildirir ki, layihənin bir neçə il təxirə salınması həm “Charles de Gaulle” ilə üst-üstə düşən dövrü qısalda bilər, həm də resursların qısamüddətli müdafiə prioritetlərinə köçürülməsi baxımından maliyyə rahatlığı təmin edə bilər. Bu, layihənin ləğvi deyil, müvəqqəti yenidən prioritetləşdirmə deməkdir.
Sevinc Əliyeva
Ordu.az