Tramp G7 sammitində bir sıra ölkələrin liderləri ilə görüşəcək

2025/06/1749402963.jpg
Oxunub: 357     23:51     11 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı bir sıra ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək görüşlərin olacağını təsdiqləyə bilərəm”, - mətbuat katibi bildirib.

Ondan Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Braziliya və Meksika liderləri Luis İnasio Lula da Silva və Klaudiya Şeynbaumla belə görüşlərin olub-olmayacağına aydınlıq gətirmək istənilib. Livitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.

G7-nin sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   G7  


Bizi "telegram"da izləyin