Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu inkişaf onu göstərir ki, layihənin daha əvvəl elan edilmiş qrafiki artıq qüvvədə deyil və proses ciddi ləngimə ilə üz-üzədir.
Bu, Mühafizəkarlar Partiyasından olan deputat Ben Obez-Cektinin parlamentə təqdim etdiyi yazılı parlament sualına cavab olaraq məlum olub.
Müdafiə nazirinin müavini Mariya İql öz cavabında aşağıdakı bəyanatı verib:
“Meteor” raketinin F-35B platformasına inteqrasiyası ABŞ-nin rəhbərlik etdiyi “Lightning II” Birgə Proqram Ofisi tərəfindən həyata keçirilir. Hazırkı hesablamalar 2030-cu illərin əvvəllərində istifadəyə veriləcəyini proqnozlaşdırır”.
Bu bəyanat 2027-ci il hədəfindən rəsmən imtina edildiyini və əvvəlki hökumətlərin “bu onillik ərzində” gözləntilərinin artıq etibarlı olmadığını təsdiqləyir. Eyni şəkildə SPEAR 3 raketinin xidmətə daxil olma tarixi 2030-cu illərə köçürülüb.
Sevinc Əliyeva
Ordu.az