SOM yerli turbojet mühərriklə hədəfi tam dəqiqliklə vurub

2025/04/2025--1744012449.jpg
Oxunub: 570     21:50     07 İyun 2025    
Türkiyənin müdafiə sənayesinin ən vacib layihələrindən biri olan SOM raketi yerli və milli imkanlarla hazırlanan turbojet mühərriklə keçirilən sınaqda hədəfi tam dəqiqliklə vurub.

Ordu.az xəbər verir ki, TÜBİTAK SAGE tərəfindən dizayn və inkişaf etdirilən, ROKETSAN tərəfindən istehsal olunan SOM raket ailəsi Türkiyənin müdafiə doktrinasında mühüm bir boşluğu doldurur.

SOM-A və SOM-B1: Ümumi məqsədli hədəflərə qarşı, yüksək partlayıcı və qəlpəli başlıqla.
SOM-B2: Gücləndirilmiş beton obyektlər üçün dəlici başlıq.
SOM-J: KAAN və F-35 kimi yeni nəsil təyyarələrin daxili silah bölmələrinə uyğunlaşdırılıb.


250 km-dən artıq mənzili ilə bu raketlər düşmənin hava müdafiə zonalarına daxil olmadan strateji hədəfləri məhv etməyə imkan verir.

Yerli mühərrik: KTJ-3200

“Kale Arge” tərəfindən hazırlanan KTJ-3200 turbojet mühərriki təxminən 3.200 Nyuton itələmə gücündədir və SOM və ATMACA raketlərinə güc verir. Bu mühərrikin yerliləşdirilməsi ixrac məhdudiyyətlərini aradan qaldıraraq Türkiyəyə tam istehsal və ixrac sərbəstliyi qazandırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SOM   Türkiyə  


Bizi "telegram"da izləyin