Ukrayna Yaponiya ilə Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına 3 milyard dollar almağı razılaşdırıb

2024/12/1735301250.jpg
Oxunub: 343     17:01     05 İyun 2025    
Ukrayna və Yaponiya ERA (Extraordinary Revenue Acceleration) proqramı çərçivəsində 3 milyard dolların alınması üçün saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

"Vəsaitlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək", - o qeyd edib.

Onun sözlərinə görə, ERA proqramının həyata keçirilməsi çərçivəsində Ukrayna artıq 14,7 milyard dollar alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin