Kreml Kiyevlə danışıqların dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib

2025/05/1747681204.jpg
Oxunub: 310     14:03     05 İyun 2025    
“Dünənki müşavirədə bizim xarici işlər naziri tərəfindən bütün baş verənlərə baxmayaraq, Kiyevlə işgüzar səviyyədə əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Bu mövqe dövlət başçısı tərəfindən dəstəklənib”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son baş verənlərdən sonra Ukrayna ilə danışıqlar dayandırılacaqmı sualına cavabında bildirib.

Onun sözlərinə görə, Putin bütün bu baş verənlərə baxmayaraq, Kiyevlə işgüzar əlaqələri davam etdirməyə razılıq verib.

Peskov "sərnişin qatarlarına hücumunun dövlət səviyyəsində terror olduğunu" vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Kiyev  


Bizi "telegram"da izləyin