Ordu.az xəbər verir ki, bu barədə ABŞ-də yerləşən “The War Zone” nəşrinin analizində bildirilib.
Analizə görə, 2025-ci il mayın 21-də “Chongjin” Gəmiqayırma Zavodunda uğursuz dənizə buraxma əməliyyatı zamanı yan tərəfə aşan təxminən 5000 ton ağırlığındakı döyüş gəmisi şimali koreyalı işçilərin intensiv müdaxiləsi ilə 12 gün ərzində düzəldilib.
Peyk görüntüləri gəminin iyunun 2-də şaquli vəziyyətdə olduğunu təsdiqləyib.
Şimali Koreyada təkmil qaldırıcı avadanlıq olmadığı üçün işçilər gəmini xilas etmək üçün mürəkkəb kəndir sistemindən, evakuasiya nasoslarından və 30-dan çox böyük balondan istifadə ediblər.
Sevinc Əliyeva
Ordu.az