Ordu.az xəbər verir ki, “Leonardo” ilə qurulacaq ortaqlıq ilə Avropa bazarında mühüm addımın atılacağı bildirilib.
“Baykar” baş direktoru ABŞ və Avropa ictimaiyyətini narahat edən məsələlərlə bağlı qiymətləndirmələr verib.
Bayraktar İtaliya müdafiə sənayesi şirkəti “Leonardo” ilə əməkdaşlıq müqaviləsindən sonra “Baykar”ın Avropa bazarına doğru addımlarını izah edib.
“Baykar” hazırda dünyanın ən böyük pilotsuz uçuş aparatı stehsalçısıdır. Avropadan NATO-ya, Türk dünyasından Afrika və Yaxın Şərqə qədər 38 beynəlxalq tərəfdaşla işləyirik. Biz NATO standartlarına və hərbi spesifikasiyalara uyğun sistemlər hazırlayırıq”, - deyə o qeyd edib.
“Leonardo” ilə qurulacaq ortaq müəssisənin böyük potensiala malik olduğunu ifadə edən Bayraktar bildirib: “Bu təşəbbüs bu sahədə özünü sübut etmiş sistemləri daha geniş bazarlara daşımaq üçün əla fürsət təqdim edir. Xüsusilə Avropada təklif etdiyimiz sistemlərin yetkin alternativi yoxdur”.
Bayraktar “Baykar”ın PUA parkının ildə 300.000 saatdan çox uçuş etdiyini bildirib. Bu dövrün əhəmiyyətli bir analiz və inkişaf zəminini təmin etdiyini ifadə edən Bayraktar deyib:
“Parkımız ildə 300.000 saatdan çox uçuş edir. Bu, ciddi təhlil imkanı verir. Məhsullarımız bazarda ən yüksək performans-xərc nisbətini təklif edir. Onlar ən uyğunlaşa bilən sistemlər və davamlı yeniliklərlə təchiz olunublar”.
Sevinc Əliyeva
Ordu.az