Rusiya Hindistana bütün mənbə kodları ilə birlikdə “Su-57E” döyüş təyyarəsini təklif edib

2025/06/1749029470.jpg
Oxunub: 511     16:16     05 İyun 2025    
Rusiya Hindistana bütün mənbə kodları ilə birlikdə “Su-57E” döyüş təyyarəsini təklif edib.

Ordu.az xəbər verir ki, ABŞ-nin F-35 planları ilə üst-üstə düşən bu təklif Hindistan üçün diqqətəlayiq bir inkişaf olub.

Hindistandakı müdafiə mənbələrinin məlumatına görə, təklif olunan “Su-57E” modeli ölkənin mövcud “Su-30MKI” parkının modernləşdirilməsinə yönəlmiş “Super-30” proqramına uyğun texnologiyaları ehtiva edir.

Bu texnologiyalara qallium nitridi (GaN) əsaslı AESA radarı və Hindistan müdafiə firmaları tərəfindən hazırlanmış missiya kompüteri daxildir.

HAL (Hindustan Aeronautics Limited) və Rusiyanın UAC (United Aircraft Corporation) şirkətinin birgə həyata keçirdiyi “Super-30” proqramı 150-200 ədəd “Su-30MKI”ni qabaqcıl avioniklər, radar və radioelektron mübarizə sistemləri ilə “4,5++” nəsil döyüş təyyarələrinə çevirmək məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hindistan  


Bizi "telegram"da izləyin