Ordu.az xəbər verir ki, müqavilə Yunanıstan Ordusu Aviasiya Korpusunun “Apache” hücum helikopterləri üçün böyük miqdarda ehtiyat hissələri və texniki xidmət materiallarının tədarükünü əhatə edir.
Yunanıstan mətbuatında yer alan xəbərə görə, Yunanıstan Ordusu Aviasiya Qüvvələrinin təcili ehtiyacı səbəbiylə “AH-64D Apache” helikopterləri ilə bağlı hökumətlərarası razılaşma önümüzdəki dövrdə “fast track” prosedurları ilə həyata keçiriləcək.
Müqavilə bazarda mövcud olmayan kritik hissələrin tədarükünü ehtiva edir.
AH-64D helikopterlərinin istehsalçısı artıq aktiv dəstək vermədiyi üçün kritik hissələr bazarda mövcud deyildi. Bu vəziyyət Yunanıstan ordusu üçün helikopterlərin yüksək əməliyyat imkanlarının təmin edilməsində ciddi problemlər yaradırdı.
Sevinc Əliyeva
Ordu.az