Cənubi Koreya ikinci dəfə Filippinə FA-50-ləri ixrac edəcək

2025/06/1749028421.jpg
Oxunub: 457     15:38     05 İyun 2025    
Cənubi Koreya ikinci dəfə Filippinə FA-50-ləri ixrac edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Dövlət Silahlanma Agentliyi (DAPA) məlumat yayıb.

700 milyon dollarlıq müqavilə ilə Manila öz inventarına yeni yüngül hücum təyyarələri əlavə edəcək.

Cənubi Koreyada yerləşən müdafiə şirkəti “Korea Aerospace Industries Ltd.” (KAI) Filippin Müdafiə Nazirliyi ilə 12 ədəd FA-50 yüngül hücum təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.

Tərəflər arasında müqavilə imzalanıb. Ümumi dəyəri 700 milyon dollar olan müqavilə ilə Filippin 2014-cü ildə həyata keçirilən ilk tədarükdən sonra FA-50-lərin ikinci partiyasını alacaq.

Filippin 2015-ci ildən etibarən “Korea Aerospace Industries Ltd.” şirkətindən 12 ədəd FA-50 döyüş təyyarəsi alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Filippin  


Bizi "telegram"da izləyin