Ukrayna Quru qoşunlarının komandanı istefa verib

2025/06/1748787642.jpg
Oxunub: 783     18:20     01 İyun 2025    
Ukrayna Quru qoşunlarının komandanı Mixaylo Drapatiy ordunun təlim bölməsinə hücumdan sonra istefa qərarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.

"Mən Ukrayna Quru qoşunlarının komandanı vəzifəsindən istefa verməyimlə bağlı hesabat təqdim etmək qərarına gəldim. Bu, faciəyə görə şəxsi məsuliyyət hissimin diktə etdiyi şüurlu addımdır", - o yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Quru qoşunlarının təlim bölmələrindən birinə raket zərbəsi endirilib. Nəticədə 12 hərbçi həlak olub, 60-dan çoxu yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ordu   İstefa  


Bizi "telegram"da izləyin