Yuri Uşakov: "Putinlə Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur"

2025/05/1748435026.jpg
Oxunub: 754     13:30     01 İyun 2025    
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur.

Ordu.az xəbər verir ki, bunu Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Putinlə Trampın görüşü diqqətlə hazırlanmalıdır, onların səviyyəsində müzakirə oluna biləcək nəticələr lazımdır.

Uşakov qeyd edib ki, iki lider arasında telefon danışıqları artıq müəyyən nəticələr verir, lakin onların görüşünün bu il baş tutacağı fakt deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin