Ukrayna Türkiyədən HHM sistemləri istəyib

2025/05/1748685518.jpg
Oxunub: 816     19:14     31 May 2025    
Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyəyə müdafiə sənayesinə sərmayə qoymaq, Hava Hücumundan Müdafiə (HHM) sistemləri və sursat təmin etmək üçün birbaşa müraciət etdiklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu bəyanat Ukraynanın davam edən müharibə şəraitində ən təcili ehtiyaclarından biri olan HHM qabiliyyətini gücləndirmək səylərinin bir hissəsi hesab olunur.

"Biz Türkiyədən Ukraynanın müdafiə sənayesinə sərmayə qoymasını, HHM sistemləri və döyüş sursatları verməsini istədik", - deyə Umerov qeyd edib.

Ukraynanın müdafiə naziri Türkiyənin müharibənin hazırkı gedişatındakı rolunu daha da kritik hala gətirib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya son səfəri zamanı prezident Volodimir Zelenski, xarici işlər naziri Andrey Siqiba və Krım tatarlarının lideri Mustafa Abdulcemil Kırımoğlu ilə görüşüb.

Fidan Umerovla da görüşüb. İclasda bu tələblərin gündəmə gəlib-gəlmədiyi açıqlanmasa da, bütün yüksək səviyyəli təmaslarda Ukraynanın müdafiə prioritetlərinin gündəmə gətirildiyi məlumdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə   HHM  


Bizi "telegram"da izləyin