Ordu.az xəbər verir ki, tədarüklər Rusiya Federasiyası ilə davam edən hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Belarus Müdafiə Nazirliyinin verdiyi açıqlamada qeyd edilib ki, təyyarə Belarus Silahlı Qüvvələrinin inkişafı, modernləşdirilməsi və Rusiya ilə hərbi-texniki əməkdaşlıq planına uyğun olaraq qəbul edilib.
Təyyarələr Rusiyanın dövlət müdafiə sənayesi müəssisəsi “United Aircraft Corporation”a daxil olan İrkutsk Aviasiya Zavodunda istehsal olunur və orijinal “Su-30SM” çoxməqsədli döyüş təyyarəsinin yenilənmiş versiyasını təmsil edir.
“Su-30SM2” variantı sələfindən ilk növbədə Qərb alt sistemlərinin rus komponentləri ilə əvəzlənməsi ilə fərqlənir. “Su-30SM2” hava üstünlüyü və yerüstü hücum əməliyyatları da daxil olmaqla, bir sıra missiyaları yerinə yetirmək üçün nəzərdə tutulub.
Belarus hazırda son illərdə Rusiyadan aldığı kiçik “Su-30SM” təyyarə parkından istifadə edir.
Sevinc Əliyeva
Ordu.az