Almaniyanın Ukraynaya “Taurus” raketlərini göndərməyəcəyi iddia edilir

2025/05/1748585115.jpg
Oxunub: 581     16:04     30 May 2025    
Almaniya Ukraynaya “Taurus” uzun mənzilli qanadlı raketlərini göndərməmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Berlin administrasiyası 500 kilometr mənzilə malik bu silahların çatdırılmasının münaqişəni ciddi şəkildə qızışdıra biləcəyini əsas gətirərək, aylar ərzində ehtiyatlı mövqe nümayiş etdirib.

Ukrayna prezidenti Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Mertslə görüşərək, Qərbin hərbi dəstəyini müzakirə edib. Bununla belə, “Bild” yazır ki, bu görüşdən “böyük qırılma” gözlənilmir və Berlində “T-sualı” (Taurus) hələ də tabu sayılır.

Almaniyanın Ukraynaya “Taurus” əvəzinə daha çox “Mars-2” yaylım atəşli reaktiv sistemi tədarük edəcəyi gözlənilir. Bu sistemlər artıq 2022-ci ildə təhvil verilib və maksimum 85 km mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   Taurus  


Bizi "telegram"da izləyin