Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” məlumat yayıb.
“Breaking Defense”ə danışan “Leonardo UK GCAP” direktoru Endryu Hovard bildirib: “Biz bu il vəzifə bölgüsünə aydınlıq gətirəcək yüksək səviyyəli, ardıcıl tələblərə əsaslanan ilk beynəlxalq müqaviləni alacağımızı gözləyirik”.
“Leonardo UK”, “Leonardo Electronics Italy”, “Mitsubishi Electric” və “ELT Group” şirkətlərindən ibarət konsorsium təyyarənin inteqrasiya olunmuş qəbuletmə, qeyri-kinetik effektlər və kommunikasiya imkanlarını özündə birləşdirən ISANKE & ICS sistem paketi üzərində işləyir.
Bu paket çoxfunksiyalı radiotezlik sistemi (MRFS) kimi alt sistemlərlə yanaşı, qabaqcıl özünümüdafiə imkanlarını da əhatə edir.
Hovard qeyd edib ki, üç hökumət Britaniyada yerləşən GCAP Beynəlxalq Hökumət Təşkilatına (GIGO) kollektiv tələb təqdim edəcək.
Sevinc Əliyeva
Ordu.az