Hindistanın “Tejas Mk-1A” proqramı mühərrik çatışmazlığından əziyyət çəkir

2025/05/1748502927.jpg
Oxunub: 438     16:57     05 İyun 2025    
Hindistanın yerli yüngül döyüş təyyarəsi layihəsi “Tejas” çərçivəsində istifadə olunacaq GE F404-IN20 mühərriklərinin çatdırılmasında gecikmələr Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) modernizasiya prosesinə və istehsalçı “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin istehsal hədəflərinə təsir göstərib.

Ordu.az xəbər verir ki, ABŞ-də yerləşən “GE Aerospace” şirkəti xüsusi olaraq “Tejas Mk-1A” təyyarəsi üçün hazırlanmış F404-IN20 mühərriklərinin tədarükünə 2025-ci ilin martında, ilkin cədvəldən təxminən 14 ay gec başlayıb.

Gecikmənin əsas səbəbi 2016-2021-ci illər arasında yeni sifarişlərin olmaması səbəbindən təxminən beş il bağlanan istehsal xəttinin yenidən işə salınmasında yaşanan texniki və tədarük zənciri ilə bağlı problemlər olub.

Şirkət rəsmilərinin sözlərinə görə, istehsal xəttinin yenidən açılması bir çox amillər, o cümlədən COVID-19 pandemiyasından təsirlənən qlobal tədarük zənciri, sertifikatlaşdırma prosesləri və tədarükçünün yenidən aktivləşdirilməsi ilə daha da çətinləşib.

HAL-ın 2026-cı ilin sonuna qədər 83 “LCA Mk-1A” təyyarəsini təhvil vermə planına mühərrik tədarükündəki bu gecikmə mane olub.

Sınaq uçuşları üçün mövcud mühərrik ehtiyatlarından istifadə edildiyi, lakin kütləvi istehsalın istənilən sürətlə irəliləmədiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tejas-Mk-1A  


Bizi "telegram"da izləyin