Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb

2025/05/1748152954.jpg
Oxunub: 430     20:57     28 May 2025    
ABŞ Prezidenti Donald Tramp, lazım olarsa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Amerika lideri Ağ evdə jurnalistlərlə söhbətində təsdiqləyib.

“Əgər bu, vacibdirsə”, – Tramp adı çəkilən üçtərəfli görüşün perspektivlərini şərh etməsi istəniləndə bildirib.

“Hazırkı mərhələdə biz Prezident Putinlə [görüş] üzərində işləyirik. Görək işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşıdır, amma baxaq”, – Amerika lideri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Zelenski  


Bizi "telegram"da izləyin