Rusiya Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayacaq - YENİLƏNİB

2026/06/1782132388.jpg
Oxunub: 389     17:08     25 İyun 2026    
Rusiya cavab tədbiri olaraq Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlamaq və Rumıniya konsulunu ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Ordu.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

***

Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rumıniyanın Konstansa şəhərindəki Baş Konsulluğun bağlanmasına cavab olaraq görüləcək qarşılıqlı tədbirlərin elan edilməsi üçün Rumıniya səfiri XİN-ə çağırılıb," - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rumıniya   Rusiya  


Bizi "telegram"da izləyin