Lukaşenko: “Rusiya, Belarus və Ukrayna xalqları gec-tez birlikdə olacaqlar”

2026/06/1780690196.jpg
Oxunub: 226     21:37     25 İyun 2026    
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya, Belarus və Ukrayna xalqlarının gələcəkdə yenidən birlikdə olacağına inandığını bildirib.

Ordu.az xəbər verir ki, Lukaşenko bu barədə açıqlamasında danışıb.

“Buna əminəm. Mən bunu Zelenskinin nümayəndələrinə də demişəm. Xalqlarımız gec-tez birlikdə olacaqlar. Vaxt gələcək, hər şeyə düzgün qiymət veriləcək və münasibətlərimiz bərpa olunacaq”, - deyə o bildirib.

Lukaşenkonun sözlərinə görə, Rusiya və Belarus ortaq vətəndir.

“Bizim günahımız deyil ki, burada iki dövlət formalaşıb. Lakin bunlar dost və qardaş dövlətlərdir. Hesab edirəm ki, bu birliyi dağıda biləcək heç bir qüvvə yoxdur”, - deyə Belarus Prezidenti əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Rusiya   Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin