Erməni kəşfiyyatçının həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub

2026/06/1782392368.jpg
Oxunub: 209     16:56     25 İyun 2026    
Erməni kəşfiyyatçı Artur Avanesyanın (Kandaz) barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, “Güclü Ermənistan” Partiyasının üzvü və kəşfiyyatçı Artur Avanesyanın işi üzrə keçirilən ilk məhkəmə iclasında ictimai ittihamçı onun həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatət qaldırıb.

İşə baxan hakim Sarkis Dadoyan vəsatəti qismən təmin edərək həbs qətimkan tədbirinin ev dustaqlığı və yaşayış yerini tərk etməmək qadağası ilə əvəz olunmasına qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avanesyan   Ermənistan  


Bizi "telegram"da izləyin