Rodriges: “Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb”

2026/06/1782392241.jpg
Oxunub: 208     16:49     25 İyun 2026    
Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 164 nəfərə çatıb, təxminən 1000 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriges məlumat verib.

Onun açıqlaması Venezolana de Televisión telekanalı vasitəsilə yayımlanıb.

“Hazırkı məlumata görə, 164 nəfərin həlak olması təsdiqlənib, 971 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, - deyə Rodriges bildirib.

O əlavə edib ki, əsas zəlzələdən sonra təxminən 30 afterşok qeydə alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rodriges   Venesuela   Zəlzələ  


Bizi "telegram"da izləyin