Endi Börnhem iyulun 17-də “Leyboristlər Partiyası”nın lideri elan oluna bilər

2026/06/1782409059.jpg
Oxunub: 206     21:35     25 İyun 2026    
Endi Börnhem iyulun 17-də “Leyboristlər Partiyası”nın yeni lideri elan oluna bilər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Leyboristlər Partiyası”nın Milli İcraiyyə Komitəsi yaxın vaxtlarda Londonda iclas keçirib.

Parlament üzvləri, həmkarlar ittifaqları və regional təşkilatların nümayəndələrinin daxil olduğu komitə Kir Starmeri əvəz edəcək yeni liderin seçilməsi təqvimini müəyyənləşdirmək üçün toplaşıb.

Bildirilir ki, əgər liderlik uğrunda yalnız bir namizəd irəli sürülərsə, onun adı iyulun 17-də keçiriləcək xüsusi konfransda açıqlanacaq.

Hazırda Endi Börnhem səsvermədə kifayət qədər dəstəyə malik yeganə real namizəd hesab olunur və bu səbəbdən onun həmin tarixdə partiyanın lideri elan ediləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Börnhem   Britaniya  


Bizi "telegram"da izləyin