Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tbilisinin bu məsələdə çox aydın siyasəti var.
“Biz heç bir ilhaq cəhdini, eləcə də qondarma tanınma təşəbbüslərini qəbul etməyəcəyik. Bizim tanımama siyasətimiz mövcuddur. Hökumətimizin ölkənin ərazi bütövlüyünün qorunmasına yönəlmiş aydın siyasəti var və bu istiqamətdə gələcəkdə də prinsipial fəaliyyət davam etdiriləcək”, - deyə Kobaxidze vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az