KİV: Finlandiya Rusiya səfirini hava sərhədlərinin pozulması ilə əlaqədar XİN-ə çağırıb

2025/05/1748236159.jpg
Oxunub: 383     05:18     26 May 2025    
Finlandiya Rusiyanın iki hərbi təyyarəsinin Finlandiya hava məkanını pozması ilə əlaqədar Rusiya səfiri Pavel Kuznetsovu Xarici İşlər Nazirliyinə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.

Onun məlumatına görə, pozuntu mayın 23-də Porvoo şəhəri sahillərində baş verib. "Yle" qeyd edir ki, Rusiya səfirinə nota təqdim ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin