Ordu.az xəbər verir ki, bu barədə “Monitor” nəşri məlumat yayıb.
Məlumata görə, Kampaladakı Almaniya səfiri Matias Şauer ölkənin daxili işlərinə qarışmaqda və təxribat fəaliyyəti həyata keçirməkdə ittiham olunub.
Uqanda Ordusunun yaydığı açıqlamada Almaniya ilə müdafiə və hərbi əməkdaşlığın dərhal dayandırıldığı vurğulanır.
Rəsmi Berlinin məsələ ilə bağlı reaksiyası hələlik açıqlanmayıb.
Ordu.az