ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir

2025/05/1747804918.jpg
Oxunub: 409     04:11     26 May 2025    
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ ev rəhbəri Nyu-Cersi ştatından Vaşinqtona uçan təyyarəsində bildirib.

Agentliyin məlumatına görə, Amerika lideri Moskvaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanını "mütləq şəkildə nəzərdən keçirdiyini" deyib. Tramp həmçinin Rusiyanın Ukraynada obyektlərə son kütləvi zərbəsindən narazı olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin