KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır

2025/01/1736569058.jpg
Oxunub: 484     22:33     25 May 2025    
Fransa hökuməti iyun ayında Fələstini müstəqil dövlət kimi rəsmi şəkildə tanımağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məqalədə qeyd edilir ki, gələn ay Fransa və Səudiyyə Ərəbistanının birgə təşkil edəcəyi konfransda "iki dövlətli həll" məsələsi müzakirə olunacaq və rəsmi Paris həmin tədbirdə Fələstin dövlətini rəsmi şəkildə tanıyacaq.

“Axios” həmçinin yazır ki, İsrail Qəzza zolağında apardığı hərbi əməliyyatlar və humanitar yardımın çatdırılmasına maneə yaratdığı üçün beynəlxalq səviyyədə müttəfiqlərini itirməkdə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Fələstin  


Bizi "telegram"da izləyin