"Macarıstan Ukrayna ordusunu maliyyələşdirməyə hazırlaşmır" - Viktor Orban

2025/05/1747816743.jpg
Oxunub: 722     09:01     25 May 2025    
Macarıstan Ukrayna ordusunu maliyyələşdirmək fikrində deyil, çünki öz xalqını müdafiə etməyi öz vəzifəsi hesab edir.

Ordu.az-ın məlumatına görə, bu barədə Macarıstan baş naziri Viktor Orban "X" sosial şəbəkəsində yazıb.

"Biz öz ordumuza sərmayə qoymalıyıq, lakin onlar bizdən Ukraynanın ordusunu illər boyu milyardlarla maliyyələşdirməmizi gözləyirlər. Biz bunu açıq şəkildə bildirdik: Macarıstan vəsait göndərmiyəcək. Bizim borcumuz öz xalqımızı qorumaqdır", - deyə o bildirib.

Bundan əvvəl "Bloomberg" agentliyi xəbər verib ki, ABŞ Ukraynaya kömək etməkdən imtina edərsə, Avropa Amerika silahlarını alıb Kiyevə təhvil verməyi planlaşdırır. Bu narahatlıqlar Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-ın Ukraynaya yardımı kəskin şəkildə kəsməsi ilə əlaqələndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orban   Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin