ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb

2025/05/1748112321.jpg
Oxunub: 474     22:36     24 May 2025    
ABŞ-nin Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu ölkənin Prezidenti Əhməd əl-Şara ilə görüşüb.

Ordu.az xəbər verir ki, T.Barak bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Barak görüş zamanı qeyd edib ki, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək.

O vurğulayıb ki, ABŞ administrasiyası Suriya hakimiyyətindən İŞİD terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir.

“Mən, həmçinin ABŞ Prezidenti Donald Trampın xarici terrorçu döyüşçülər, İŞİD-ə qarşı mübarizə səyləri, İsraillə əlaqələr, Suriyanın şimal-şərqindəki düşərgələr və saxlama mərkəzləri ilə bağlı qaldırdığı məsələlərdə əhəmiyyətli addımlar atdığı üçün prezident əl-Şaraya təşəkkür etdim”, - Barak yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin