Türkiyə və Suriya prezidentləri görüşüb - YENİLƏNİB

2025/05/1748094917.jpg
Oxunub: 614     19:16     24 May 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan Suriyanı daha firavan günləri gözlədiyinə inamını ifadə edib. O, bildirib ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcək.

Türkiyə lideri, həmçinin Suriyanın və ordusunun vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirib.

O, Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini, rəsmi Ankaranın bu günə qədər olduğu kimi, bundan sonra qonşuluq və qardaşlıq vəzifəsini yerinə yetirəcəyini qeyd edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.

Bu barədə Ordu.az TRT-yə istinadən xəbər verir.

Suriya nümayəndə heyətində xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat təşkilatının rəhbəri də yer alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin