Ordu.az xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi ilə İsveçin “Saab” müdafiə və aviasiya şirkəti arasında yüksək səviyyəli görüş keçirilib.
Ukrayna müdafiə nazirinin müavini və Aviasiya inkişafı departamentinin rəhbəri Aleksandr Kozenko “Saab”ın Ukrayna bölməsinin rəhbəri Tomas Lindenin rəhbərlik etdiyi İsveç nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarının gücləndirilməsi və gələcək təyyarələrin alınması planları müzakirə edilib.
Kozenko görüşdən sonra verdiyi açıqlamada İsveçə verdiyi dəstəyə görə təşəkkür edərək bildirib: “Müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizdə İsveçin sarsılmaz dəstəyinə görə minnətdarıq”.
İclasın əsas gündəm məsələlərindən biri Ukraynanın sovet dövründən qalan döyüş təyyarələrinin modernləşdirilməsi olub. Bu çərçivədə İsveç istehsalı qabaqcıl radarların, radioelektron mübarizə sistemlərinin və özünümüdafiə sistemlərinin inteqrasiyası gündəmdə olub. Bu sistemlər Ukrayna təyyarələrinin döyüş şəraitində sağ qalma qabiliyyətini və effektivliyini əhəmiyyətli dərəcədə artırmaq üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az