Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi, Ağ evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf sənədin imzalanması mərasimində bildirib.
“Nüvə sənayesinin inkişafını ləngidən mürəkkəb tənzimləmə prosesləri mövcuddur. 1978-ci ilə qədər ABŞ-də 133 reaktor tikilmişdi. 1978-ci ildən bəri yalnız iki yeni kommersiya reaktoru istifadəyə verilib”, – U. Şarf qeyd edib.
“Bu, həddindən artıq tənzimləmə səbəbindən baş verib. Bu fərmanın məqsədi bu prosesi sənayenin real ehtiyacları və ictimai təhlükəsizliklə uyğunlaşdırmaqdır. Son məqsəd isə növbəti iki yarım onillik ərzində atom enerjisi istehsalının həcmini dörd dəfə artırmaqdır”, – o vurğulayıb.
Ordu.az