Tramp Aİ-yə qarşı rüsumlar barədə qərarını yenidən nəzərdən keçirməyəcək

2025/05/1747803876.jpg
Oxunub: 882     09:06     24 May 2025    
ABŞ Prezidenti Donald Tramp Aİ-yə qarşı 50 % həcmində idxal rüsumlarının tətbiqi barədə qərarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını bildirib, lakin danışıqlara hazır olduğunu təsdiqləyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Mən sövdələşmə bağlamağa can atmıram. Biz artıq 50 % səviyyəsində rüsumlarla sövdələşmə bağlamışıq. Lakin, təkrar edirəm, əgər Aİ ölkələri burada, ABŞ-də istehsalat yaradarlarsa, rüsumlar qüvvədə olmayacaq”, – Tramp Ağ evdə jurnalistin 50 % həcmində rüsumların qüvvəyə minməli olduğu 1 iyuna qədər olan dövrdə Aİ ilə sövdələşmə bağlamaq imkanı ilə bağlı sualını cavablandırarkən bildirib.

“Əgər kimsə gəlib burada zavod tikmək istəyini bildirərsə, biz onlar zavodu tikəcəkləri müddət ərzində müəyyən təxirə salınmanı müzakirə edə bilərik. Düşünürəm ki, bu uyğun olardı”, – Amerika lideri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp    


Bizi "telegram"da izləyin