Umerov: "ABŞ-nin atəşkəslə bağlı yardımına ümid edirik"

2025/05/1748021370.jpg
Oxunub: 572     21:09     23 May 2025    
Ukrayna atəşkəs ideyasına sadiq qalır və davamlı sülhün əldə edilməsində ABŞ-nin davamlı dəstəyinə ümid edir.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

“İlk növbədə qeyd etmək istəyirəm ki, Ukrayna atəşkəsə sadiqdir. Prezident Donald Trampa təşəbbüsünə görə minnətdarıq. Bizə kömək edən bütün avropalı və amerikalı tərəfdaşlara minnətdarıq. Bu, birinci mərhələdir”, – o bildirib.

Xatırladaq ki, Ukrayna və Rusiya arasında İstanbulda aparılmış danışıqlardan sonra əldə olunmuş razılaşmalar əsasında bu gün tərəflər əsir mübadiləsi həyata keçirib. Birinci mərhələdə onlar 270 hərbi əsir və 120 mülki şəxsi geri qaytarıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Umerov   ABŞ  


Bizi "telegram"da izləyin