Myanma ordusuna şok: FPV tipli PUA “Mi-17” helikopterini vurdu

2025/05/1747996250.jpg
Oxunub: 735     14:25     23 May 2025    
Myanma ordusuna məxsus “Mi-17” helikopteri Bhamo yaxınlığında təchizat missiyası zamanı fiber-optik kabellə təchiz edilmiş kamikadze FPV tipli Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən vurulub.

Ordu.az xəbər verir ki, eyni missiyada olan ikinci helikopter kənd ərazisinə təcili eniş etməli olub.

Yerli mənbələrin məlumatına görə, hücum yüksək partlayış qabiliyyətli döyüş başlığı daşıyan fiber-optik idarəetməli FPV tipli PUA ilə həyata keçirilib.

Hadisə baş verən zaman iki Myanma hərbi “Mi-17” helikopteri mübahisəli ərazidə təchizat missiyası yerinə yetirirdi. Onlardan biri vurulduqdan sonra meşəlik əraziyə düşüb. Digər helikopter Bhamo kəndi ərazisində məcburi eniş edib.

İkinci helikopterdə hər hansı itki ilə bağlı rəsmi təsdiq yoxdur. Myanma ordusu hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bununla belə, bölgədən əldə edilən əyani materiallar və yerli mənbələrin verdiyi məlumatlar bir helikopterin məhv edildiyini, digərinin isə təcili eniş etdiyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Mi-17  


Bizi "telegram"da izləyin