G7 ölkələri Kiyevə yardımı davam etdirəcək

2025/02/1739641157.jpg
Oxunub: 491     15:34     22 May 2025    
Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, yeddilik qrupu (G7) ölkələri Ukraynaya dəstəyi davam etdirməyi qərara alıb.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, ölkələr bəzi məqamların müzakirəsini davam etdirir, buna görə də yekun bəyanat hələ razılaşdırılmayıb. L.Klinqbayl həmçinin vurğulayıb ki, "yeddilik" üzvlərinin Ukraynaya yardım göstərilməsi ilə bağlı mövqeyi dəyişməyəcək.

Qeyd edək ki, 20-22 may tarixlərində Kanadanın Banf şəhərində (Alberta əyaləti) G7 ölkələrinin maliyyə nazirlərinin görüşü keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Kiyev  


Bizi "telegram"da izləyin