Avstriya yeni döyüş təyyarələri alacaq

2025/05/1747903775.jpg
Oxunub: 536     15:33     22 May 2025    
Avstriya mövcud inventarda olan köhnəlmiş “Eurofighter Typhoon Tranche 1” döyüş təyyarələrini əvəz etmək üçün yeni döyüş təyyarələri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Bu çərçivədə Avstriya Hərbi Hava Qüvvələrinin inventarında olan 5 “Eurofighter Typhoon Tranche 1” döyüş təyyarəsinin yerinə “Rafale F4” və ya “Eurofighter Typhoon Tranche 4” təyyarələrinin alınması gündəmdədir. Yekun qərarı Avstriya hökuməti verəcək.

Avstriyanın əlində olan “Eurofighter”lər proqramın ilk istehsal partiyasına aid olduqları üçün təkmilləşdirilə bilməz.

Bu kontekstdə Avstriya Müdafiə Nazirliyi 2017-ci ildə bu təyyarələrlə bağlı narahatlıqlarını ifadə edərək, həm əməliyyat xərclərini, həm də xüsusilə “hava-yer” missiyalarında məhdud universallığını tənqid edib. Bu ildən etibarən Avstriya “Eurofighter” proqramından tamamilə çıxmağı düşünürdü, lakin belə bir qərar verilməyib.

Təyyarənin ən son varianta təkmilləşdirilə bilməməsinin səbəbi texniki məhdudiyyətlərlə bağlıdır. “Tranche 1” təyyarələri “Tranche 4”ün radioelektron arxitekturası, sensorları və avionikləri ilə uyğun gəlmir. Bu vəziyyət Avstriya Auditorlar Məhkəməsinin 2020-ci il hesabatında öz təsdiqini tapıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Eurofighter  


Bizi "telegram"da izləyin