Ordu.az xəbər verir ki, Fransanın cənubundakı Tulon sahillərində keçirilən sınaqlar amfibiya əməliyyatlarında yeni texnologiyaların istifadəsini yoxlamaq üçün təşkil edilən DRAGOON FURY təlimi çərçivəsində həyata keçirilib.
Sınaqlarda “Mistral” sinfinə məxsus desant gəmisindəki dənizçilər Ukrayna müharibəsində geniş istifadə olunan FPV tipli PUA-lardan istifadə edərək, insansız dəniz platforması təhlükəsini simulyasiya ediblər və hədəfləri zərərsizləşdirməyə cəhd ediblər.
Fransa HDQ tərəfindən “Naval News”a verilən açıqlamada FPV tipli PUA-ların gəminin özünümüdafiəsində istifadəsinin hələ kəşfiyyat mərhələsində olan yeni bir konsepsiya olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az